"Neftçi" yeni transferi Mateus Saldanya ilə müqavilənin detallarını açıqlayıb.
"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu 1 il müddətinə icarəyə götürülüb. 24 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsus olan Saldanya bunadək ölkəsinin “Bahia” (2020-2022) və icarə əsasında Çinin “Çendu Sinçen” klublarında (2022) çıxış edib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, "ağ-qaralar" braziliyalı hücumçu Mateus Saldanyanın keçidini həll edib.
Qeyd edək ki, forvard son olaraq Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubunun formasını geyinib.