Qelebə.az / Millinin oyunu təxirə salınıb

Millinin oyunu təxirə salınıb

28-11-2025, 14:38

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunun II turunda bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

Geri qayıt