Qelebə.az / "Şamaxı" texniki məğlubiyyət alıb

"Şamaxı" texniki məğlubiyyət alıb

27-11-2025, 13:03

AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı" klubunun komandasına texniki məğlubiyyət verilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında "Sumqayıt City" də texniki məğlubiyyət alıb. "Gənclik şəhəri" təmsilçisi "Məhəllə Uşaqları" ilə matçda təyin olunanda vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Geri qayıt