Qelebə.az / Türkiyə millisinin üzvü “Roma”dan ayrıla bilər

Türkiyə millisinin üzvü “Roma”dan ayrıla bilər

26-11-2025, 19:42

Zeki Çelik “Roma”dan ayrıla bilər.

Apasport.az xəbər verir ki, türkiyəli müdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlanır.

Bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Məlumata görə, “qırmızı şeytanlar” mövsümün sonunda A Seriyası təmsilçisi ilə müqaviləsi başa çatacaq 28 yaşlı müdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Çelik 2022-ci ildən “Roma”nın formasını geyinir.

Geri qayıt