Qelebə.az / Millimiz Böyük Britaniyaya məğlub olub

Millimiz Böyük Britaniyaya məğlub olub

26-11-2025, 20:10

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində ilk oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, yığmamız Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib.

Millimiz rəqibinə 27:32 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.

Geri qayıt