Qelebə.az / Şahmat üzrə dünya kubokunun qalibi bəlli olub

Şahmat üzrə dünya kubokunun qalibi bəlli olub

26-11-2025, 17:52

Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə dünya kubokunun qalibi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub. O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.

Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər.

Geri qayıt