Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi bu gün ilk matçına çıxacaq

Avropa çempionatı: Azərbaycan millisi bu gün ilk matçına çıxacaq

25-11-2025, 09:38

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

QELEBE.AZ xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə üz-üzə gələcək.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

Geri qayıt