Qelebə.az / Osimhen daha bir qarşılaşmanı buraxacaq

Osimhen daha bir qarşılaşmanı buraxacaq

24-11-2025, 10:46

Super Liqada "Gençlerbirliği" ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında "Union SG" ilə matçda iştirak etməyəcək.

Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin "Fənərbaxça" derbisində iştirakı hələ də sual altındadır.

Qeyd edək ki, Super Liqanın XIV turu çərçivəsində "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək.

Geri qayıt