Qelebə.az / Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi

Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi

23-11-2025, 09:50

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

QELEBE.AZ xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Tvente” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Ozan 73-cü dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunun ötürməsini edib. Beləliklə, komanda hesabı bərabərləşdirib və meydanı 1 xalla tərk edib. 

“Volendam” 13 turdan sonra 14 xalla 13-cü sıradadır.

Geri qayıt