Fransa Liqa 1-də XIII turun oyunları çərçivəsində Parisdə növbəti matç baş tutub.
Apasport.az xəbər verir ki, PSJ öz meydanında “Le Havre” üzərində 3:0 hesablı qələbə əldə edib.
Bu nəticə ilə PSJ xal ehtiyatını 30-a yüksəldərək turnir cədvəlində lider mövqeyini möhkəmləndirib.
“Le Havre" isə 14 xalla 12-ci pillədə qərarlaşıb.