Qelebə.az / Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO

Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO

20-11-2025, 22:52

İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatında 1/4 finalçılar məlum olub. 

QELEBE.AZ xəbər verir ki, Azərbaycanın millisi dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.

Milli IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.

Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib. Şahmatçılarımız bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.

Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.
#azechess

Geri qayıt