Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Həlledici qarşılaşmada rəqibinə 45:43 hesabı ilə qalib gələn yığmamız turnirin çempionu olub.