Qelebə.az / “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında

“Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında

19-11-2025, 18:00

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi hələ də “Barselona”nın transfer siyahısında yer alır.

Apasport.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun durumunu yaxından izləyir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də 25 yaşlı müdafiəçini 2026-cı il üçün prioritet transfer hədəfi kimi qiymətləndirir.

Quehi cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə mövcud müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Geri qayıt