Qelebə.az / Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

8-09-2022, 20:00

Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev növbəti dəfə bu ölkənin U-21 yığmasına çağırılıb.

"QELEBE.AZ" Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 20 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.

Bu komandalar arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Geri qayıt