Qelebə.az / Basketbolçularımız İslamiadaya qələbə ilə başlayıb

Basketbolçularımız İslamiadaya qələbə ilə başlayıb

17-11-2025, 18:37

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, yığma ev sahibi komanda ilə üz-üzə gəlib.

Görüş basketbolçularımızın 21:8 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan qrupdakı ikinci matçını da bu gün keçirəcək. Komanda Bakı vaxtı ilə saat 22:10-da Türkiyə seçməsi ilə üz-üzə gələcək

Geri qayıt