Qelebə.az / Premyer Liqa: "Qarabağ" Tovuzda çətin qələbə qazanıb

Premyer Liqa: "Qarabağ" Tovuzda çətin qələbə qazanıb

25-01-2023, 15:49

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 3:2.

Hesabı 10-cu dəqiqədə Ağdam klubundan Musa Qurbanlı açıb. 23-cü dəqiqədə meydan sahiblərindən Runi Eva tarazlığı bərpa edib. 4 dəqiqə sonra Ramil Şeydayev qonaqları yenidən önə keçirib. 85-ci dəqiqə hesab növbəti dəfə bərabərləşib. Ehtiram Şahverdiyev fərqlənib. Ağdamlıların qələbə qolunu isə 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 17 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

Geri qayıt