Qelebə.az / Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR

Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR

17-11-2025, 01:07

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bunlar "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah, "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidi.

Qeyd edək ki, ötən il bu mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülüb.

Geri qayıt