Qelebə.az / Millimizin qolkiperi zədələndi

Millimizin qolkiperi zədələndi

16-11-2025, 22:15

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.

QELEBE.AZ xəbər verir ki, qolkiper DÇ-2026-nın seçmə mərhələsində Fransa millisinə qarşı keçirilən oyunda zədə səbəbindən meydanı tərk edib.

Onu qapıda Aydın Bayramov əvəzləyib.

Qeyd edək ki, Azərbaycan yığması hazırda Fransa komandası qarşısında 1:3 hesabı ilə geridədir.

Geri qayıt