Qelebə.az / Azərbaycan çempionatında dövrənin son turunun proqramı bəlli olub

Azərbaycan çempionatında dövrənin son turunun proqramı bəlli olub

25-01-2023, 13:55

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq.

Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.

Növbəti gün ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Geri qayıt