Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçına çıxıb.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya seçməsi ilə qarşılaşıb.
Yığmamız rəqibinə minimal hesabla məğlub olub - 1:0.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına 1:6 hesabı ilə məğlub olmuşdu.