Qelebə.az / Yığma komandamız Monteneqronu qəbul edəcək

Yığma komandamız Monteneqronu qəbul edəcək

15-11-2025, 11:31

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

QELEBE.AZ xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edəcək.

Qarşılşama Bakı İdman Sarayında saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.

Geri qayıt