Fransa milli komandası Braziliya ilə yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə “Canal+” telekanalı məlumat yayıb.
Tərəflər 2026-cı ilin martında, Bostondakı “Gilette Stadium”da üz-üzə gələcək.
Komandalar 2026-cı ildə baş tutacaq dünya çempionatına hazırlıq məqsədilə yoldaşlıq oyunu keçirəcək.