Qelebə.az / İslamiada: Üzgüçümüz gümüş medal qazandı

İslamiada: Üzgüçümüz gümüş medal qazandı

10-11-2025, 20:47

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, Ramil Vəlizadə kişilərin 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2:01.16 nəticə göstərərək 2-ci yeri tutub və gümüş medal qazanıb.

Yarışın qalibi türk idmançı Polat Uzer Turnalı (1:58.14), 3-cü yeri isə iranlı Muhammadçehdi Qulami (2:01.35) əldə edib.

Geri qayıt