Qelebə.az / "Kəpəz"in yarımmüdafiəçisi: "Təəssüf ki, qələbə hesabını qoruya bilmədik"

"Kəpəz"in yarımmüdafiəçisi: "Təəssüf ki, qələbə hesabını qoruya bilmədik"

24-01-2023, 18:37

"İlk hissədə 2 top fərqi ilə öndə olsaq da, təəssüf ki, qələbə hesabını qoruyub saxlaya bilmədik".

Bunu "QELEBE.AZ"un Qərb bürosuna açıqlamasında "Kəpəz"in futbolçusu İdris İnqilablı evdə "Qəbələ" heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunu barədə danışarkən deyib.

Qış fasiləsində "Sabah"dan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi hər iki komandanın sürətli oyun nümayiş etdirdiyini bildirib: "Maraqlı görüş idi. Çalışacağıq ki, gələcək oyunlarımızda qələbə qazanaq. Rəqib komandaya da uğurlar arzulayıram".

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Qəbələ" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Geri qayıt