Qelebə.az / İslam Oyunları: Ağırlıqqaldıranımız 3 medal qazanıb - FOTO

İslam Oyunları: Ağırlıqqaldıranımız 3 medal qazanıb - FOTO

10-11-2025, 18:16

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb.

Apasport.az verir ki, Ravil daha sonra təkanla qaldırmada da 190 kq çəkinin öhdəsindən gələrək bürünc medala yiyələnib.

Beləliklə ümumi nəticəyə görə idmançımız 345 kq nəticə ilə 2 gümüş və 1 bürünc medalla yarışı başa vurub.

Geri qayıt