Qelebə.az / İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində

İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində

10-11-2025, 15:23

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.

Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Geri qayıt