Qelebə.az / Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi

Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi

8-11-2025, 23:53

Almaniya Bundesliqasında bu gün keçirilən qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.

QELEBE.AZ xəbər verir ki, turun ən böyükhesablı qələbəsini “Bayer Leverkuzen” qazanıb. Leverkuzen təmsilçisi doğma meydanda “Haydenhaym”ı 6:0 hesabı ilə darmadağın edib.

“Hoffenhaym” da evdə “RB Leyptsiq” üzərində inamlı qələbə qazanıb – 3:1. Günün digər maraqlı oyununda “Union Berlin” öz meydanında “Bavariya” ilə heç-heçə edib - 2:2.

“Borussiya Dortmund” səfərdə “Hamburq”la 1:1 hesabı ilə xalları bölüşüb. “Borussiya Münhenqladbax” isə “Köln” üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Bundesliqa

X tur

“Bayer Leverkuzen” – “Haydenhaym” 6:0
“Hamburq” – “Borussiya Dortmund” 1:1
“Hoffenhaym” – “RB Leyptsiq” 3:1
“Union Berlin” – “Bavariya” 2:2
“Borussiya Münhenqladbax” – “Köln” 3:1

Geri qayıt