Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala sahib olub.
Apasport.az-ın turnirə ezam olunan əməkdaşının məlumatına görə, idmançı 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında uğurlu çıxışı ilə fərqlənib.
İsmayılzadə məsafəni üçüncü nəticə ilə başa vuraraq Azərbaycan heyətinə növbəti medalı qazandırıb.