Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.
QELEBE.AZ-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, finalda Tuğçe Bederə (Türkiyə) məğlub olub.
Qeyd edək ki, bu Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.