Qelebə.az / “Aston Villa”nın müdafiəçisi İtaliya yolunda

“Aston Villa”nın müdafiəçisi İtaliya yolunda

8-11-2025, 09:39

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliyada davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi 28 yaşlı oyunçunu qışda heyətinə qatmağı planlaşdırır. Komanda ingiltərəli futbolçu üçün 35 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib.

Geri qayıt