Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçusu kapitanlıqdan məhrum edilib

Azərbaycan millisinin sabiq futbolçusu kapitanlıqdan məhrum edilib

24-01-2023, 13:18

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu “Ertsgebirge”də kapitanlıqdan məhrum edilib.

“Report” “blick.de”yə istinadən xəbər verir ki, bunu baş məşqçi Pavel Dotçev açıqlayıb.

2022-ci ilin dekabrında komandanın sükanı arxasına gətirilən bolqarıstanlı mütəxəssis kapitanlıq sarğısının yenidən qapıçı Martin Mannelə verilməsini qərara alıb. Nazarov bundan sonra komandanın vitse-kapitanı olacaq.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən Aue təmsilçisində çıxış edir.

Geri qayıt