Qelebə.az / Parisdə kata üzrə dünya çempionatı keçiriləcək

Parisdə kata üzrə dünya çempionatı keçiriləcək

6-11-2025, 21:58

Fransanın paytaxtı Parisdə kata üzrə dünya çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda 4 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.

Qeyd edək ki, çempionat noyabrın 8-dən 9-dək keçiriləcək. Turnirdə 37 ölkədən 466 cüdoçu mübarizə aparacaq.

Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı) 
Samir İsmayılov – uke (hücum edilən idmançı) 

Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke

Komandamıza uğurlar arzulayırıq!

Geri qayıt