Qelebə.az / Millimiz İslamiadada növbəti qələbəsini qazanıb

Millimiz İslamiadada növbəti qələbəsini qazanıb

6-11-2025, 15:21

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Tacikistanla üz-üzə gəlib.

Komandamız bu görüşdə də qələbə qazanıb - 3:0 (25:5, 25:11, 25:9)

Qeyd edək ki, millimiz daha əvvəl İran kollektivini məğlub edib -3:0 (25:11, 25:16, 26:24).

Geri qayıt