Qelebə.az / Murad Musayev ən yaxşı baş məşqçi seçilib

Murad Musayev ən yaxşı baş məşqçi seçilib

6-11-2025, 15:37

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, bu, “Krasnodar”ın çalışdırıcısı Murad Musayevdir. Mütəxəssisin rəhbərlik etdiyi kollektiv ötən ay keçirilən 3 oyunu da qazanıb.

“Krasnodar” çempionatda birinci sıradadır.

Musayev “Krasnodar”dan öncə Azərbaycanda “Sabah”a rəhbərlik edib.

Geri qayıt