Qelebə.az / Joze Mourinyo: "Bu hakim məni sevmir"

Joze Mourinyo: "Bu hakim məni sevmir"

6-11-2025, 16:12

Çempionlar Liqasının 4-cü həftəsinə 9 qarşılaşma ilə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, "Benfika" doğma meydanda "Bayer Leverkuzen"i qəbul edib.

Portuqaliya komandası dördüncü oyununda 1:0 hesabı ilə məğlub olaraq xalsız qalıb. Joze Mourinyo Çempionlar Liqasında keçirdiyi hər üç matçda da məğlub olub.

Matçdan sonra açıqlama verən Mourinyo qarşılaşmanın baş hakimi Simone Sozzanı hədəfə alıb:

"Bilirəm ki, bu hakim məni sevmir. Mənim də ona çox sevgim yoxdur".

Xatırladaq ki, Sozza, Mourinyonun "Fənərbaxça"da olduğu müddətdə hakimlik etdiyi "Lion" matçında da portuqaliyalı məşqçinin qəzəbinə tuş gəlmişdi.

Geri qayıt