Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
QELEBE.AZ xəbər verir ki, 40 yaşlı futbolçu jurnalist Prins Morqanla müsahibəsində bunları deyib:
“Tezliklə karyeramı başa vuracağam. Amma buna hazır olacağımı düşünürəm. Asan olmayacaq. Yəqin ki, ağlayacağam. Mənim üçün ağlamaq çətin deyil, hisslərimi gizlətmirəm. Dürüst və açıq insanam”.