Qelebə.az / ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib

ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib

5-11-2025, 02:05

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.

Apasport.az xəbər verir ki, İtaliyanın “Napoli” komandası Almaniya təmsilçisi “Ayntraxt”ı qəbul edib.

Gəegin keçən qarşılaşmada qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

İngiltərənin “Arsenal” komandası isə Çexiyada “Slaviya”nın qonağı olub.

Qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real Madrid" isə səfərdə "Liverpul"a minimal hesabla məğlub olub - 1:0.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

4 noyabr

21:45 Napoli (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya) 0:0

21:45 Slaviya (Çexiya) – Arsenal (İngiltərə) 0:3

00:00 Atletiko (İspaniya) – Yunion (Belçika) 3:1

00:00 Bodo-Qlimt (Norveç) – Monako (Fransa) 0:1

00:00 Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:1

00:00 Liverpul (İngiltərə) – Real (İspaniya) 1:0

00:00 Olimpiakos (Yunanıstan) – PSV (Niderland) 1:1

00:00 PSJ (Fransa) – Bavariya (Almaniya) 1:2

00:00 Tottenhem (İngiltərə) – Kopenhagen (Danimarka) 4:0

Geri qayıt