Qelebə.az / “Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb

“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb

31-10-2025, 17:15

"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

QELEBE.AZ xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək. 

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

Geri qayıt