Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçirilib.
QELEBE.AZ xəbər verir ki, sözügedən oyunda "Gənclər" komandası "Xilasedici" ilə üz-üzə gəlib.
FHN-nin idman zalında baş tutan görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, kişi voleybolçular arasında Yüksək Liqanın III turunun oyunları noyabrın 6-da keçiriləcək.
Yüksək Liqa (kişilər)
I tur (təxirə düşən oyun)
30 oktyabr
“Gənclər” - “Xilasedici” - 0:3 (10:25, 15:25, 19:25)