Qelebə.az / Voleybol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

30-10-2025, 14:53

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Apasport.az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Milli komandaya klublarda çıxış edən məşqçi və oyunçuların cəlb olunmasını nəzərə alan Azərbaycan Voleybol Federasiyası ölkə çempionatının oyunlarının noyabrın 18-dək təxirə salınmasına qərar verib.

Geri qayıt