“Qarabağ” legioneri Leandro Andradeni komandada saxlamaq niyyətindədir.
QELEBE.AZ saytına verilən məlumata görə, Ağdam təmsilçisi yaxın günlərdə 26 yaşlı futbolçuyla daha bir illik müqavilə imzalaya bilər.
“Qarabağ”la hazırkı müqavilə müddəti 2027-ci ilin iyun ayının 30-na qədər olan kabo-verdeli yeni müqavilə imzalayarsa, 2028-ci ilin yayına qədər Azərbaycan çempionuna məxsus olacaq.
Andradeyə bir çox klubdan təklif olsa da, o, “Qarabağ”la yeni müqavilə imzalamağa razıdır.