Qelebə.az / Volkan Demirelin yeni ünvanı bəlli olub

Volkan Demirelin yeni ünvanı bəlli olub

28-10-2025, 13:36

Super Liqanın 10-cu həftəsində "Konyaspor"a 2:1 hesabı ilə uduzan "Gençlerbirliği" bu mövsüm cəmi iki qələbə qazanıb. 

Ankara klubu bu səbəblə baş məşqçisi Hüseyn Eroğlu ilə yollarını ayıracaq.

Apasport.az türkiyəli insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, Super Liqa təmsilçisi onu Volkan Demirellə əvəzləyəcək. 

Məlumata görə, Volkanla 1,5 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Demirel son olaraq "Bodrum"u çalışdırıb. 

Geri qayıt