Qelebə.az / Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

8-09-2022, 15:00

Çempionlar Liqasının “Tottenhem” – “Marsel” oyunu zamanı baş verən insidentin iştirakçıları həbs olunub.

QELEBE.AZ saytının məlumatına görə, London polisi 5 azarkeşi saxlayıb.

Onlar odlu silahdan istifadə, xuliqanlıq, dava-dalaş, narkotikdən və həddən artıq alkoqoldan istifadədə ittiham olunur. Fanatların hamısı “Marsel” tərəfdarlarıdır. Əməliyyat zamanı bir polis zabiti yaralanıb. Onun əlinin sındığı bildirilir.

Qeyd edək ki, “Tottenhem” ev oyununda 2:0 hesabı ilə qalib gəlib.

Geri qayıt