"Yuventus" hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
QELEBE.AZ xəbər verir ki, "qoca sinyora" “Portu”nun forvardı Deniz Güllə yaxından maraqlanır.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi 21 yaşlı hücumçunu qışda icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Deniz Gül 2024-cü ildən “Portu"nun şərəfini qoruyur.