Çinin Uşi şəhərində Dünya Taekvondo Federasiyasının Baş Assambleyası keçirilib.
QELEBE.AZ xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Hikmət Səmədov təmsil edib.
Assambleyada taekvondonun gələcək inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
Həmçinin, 2027-ci ildə taekvondo üzrə dünya çempionatının Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunacağı rəsmən elan edilib.