"Peddi Pimblett mənimlə oktaqonda heç 3 dəqiqə dayana bilməyəcək".
Apasport.az xəbər verir ki, bunu UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan peşəkar, gürcü döyüşçü İlia Topuria rəqibi Peddi Pimblett barəsində deyib:
"Əslində o, heç bu döyüşə layiq deyil, sadəcə fanatlarımın xətrinə bunu edəcəm. Onu pol əskisinə çevirəcəm. Qoy uzun-uzun danışsın, mənə elə bu lazımdır. Mənim danışmağa ehtiyacım yoxdur, pis oğlan rolunu ona vermişəm. Təki şou olsun, çünki aramızda həqiqi nifrət var".
Qeyd edək ki, qarşılaşmanın 2026-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılıb.