Qelebə.az / Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat alıb

23-10-2025, 10:56

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznica-Grad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luxol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luxol St.Andreus" - "Loznica-Grad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Geri qayıt