Qelebə.az / AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı

AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı

22-10-2025, 00:31

Asiya Çempionlar Liqasının III turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, “Əl-Hilal” doğma meydanda “Əl-Sədd”i qəbul edib.

Azarkeşlər bu matçda 4 qol izləyiblər. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində “Fənər”in sabiq futbolçusu Yusuf Akçiçek hesabı açaraq ilk qolu vurub.

Qeyd edək ki, “Əl-Hilal” hazırda 9 xalla qrup lideridir.

Geri qayıt