Qelebə.az / "Beşiktaş" Vinsent Abubakarın transferini açıqlayıb

"Beşiktaş" Vinsent Abubakarın transferini açıqlayıb

21-01-2023, 12:01

Türkiyənin "Beşiktaş" klubunun yeni transferi rəsmiləşib.

"QELEBE.AZ" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" Kamerun millisinin futbolçusu Vinsent Abubakarla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.

31 yaşlı hücumçu dünən axşam saatlarında İstanbula çatıb.

Qeyd edək ki, Vinsent Abubakar son olaraq Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klubunun formasını geyinib. Təcrübəli forvard 2016/2017 və 2020/2021 mövsümündə də "Beşiktaş"ın uğurları üçün çalışıb.

Geri qayıt