Qelebə.az / “Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib

“Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib

18-10-2025, 14:42

“Neftçi” heyətini gücləndirməyə davam edir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu "Beşiktaş"ın sabiq üzvü Vinsent Abubakarla 1+1 illik razılıq əldə edib.

33 yaşlı hücumçu "ağ-qaralar"la rəsmi müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün artıq Bakıya gəlib.

Qeyd edək ki, son olaraq “Hatayspor”un formasını geyinən Kamerun millisinin üzvü “Valensiyen”, “Loryen”, “Porto”, “Əl-Nəsr” kimi klublarda da çıxış edib.

Geri qayıt